📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Quterrişi Ukraynaya buraxmayıb?

2024-10-25 16:18:38

Zelenski Quterrişi Ukraynaya buraxmayıb?

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski BMT-nin Baş katibi Antoniu Quterrişin RF-də keçirilən BRİKS sammitindən sonra Kiyevə səfər etmək istəyinə rədd cavabı verib. Bu barədə AFP Ukrayna Prezidenti Ofisindəki mənbəyə istinadla məlumat verib.
Ukrayna Quterrişin İsveçrədəki sülh sammitində iştirakdan imtina edərək, XVI BRİKS sammitinə getməyi üstün tutmasını pisləmişdi. Buna cavab olaraq, BMT-dən izahat verilmişdi ki, baş katibin BRİKS sammitində iştirakı vacibdir - çünki iştirakçı ölkələr dünya əhalisinin yarısını təmsil edirlər.
Hürr Tərcüman