📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski rus qoşunlarını görün necə ələ saldı: “Ordumuzun əsas təchizatçısı...”

2022-03-15 13:14:00

Zelenski rus qoşunlarını görün necə ələ saldı: “Ordumuzun əsas təchizatçısı...”

Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində Rusiyanın ölkəsinə hücumlarının 19-cu günü ilə bağlı açıqlamalar verib.

Hurriyyet.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, Rusiya ordusunun belə bir müqavimət gözləmədiyini deyib.

“Düşmən əvvəlki kimi, çaş-baş qalıb. Belə bir müqavimət gözləmirdilər. Amma müharibə ilə heç nə əldə etməyəcəklərini artıq anlamağa başlayıblar, buna görə də talanla məşğuldurlar. Qənimətlər əldə edirik və onlardan Ukraynanı qorumaq üçün istifadə edirik. Əslində, bu gün rus qoşunları ordumuzun texnika təchizatçılarından biridir. Bunu yuxuda belə görə bilməzdilər”, - Ukrayna prezidenti söyləyib.

Zelenski Rusiyanın verdiyi itkiləri əvvəllər Çeçenistandakı itkilərlə müqayisə edib:

“İki qanlı müharibədə itirdiyindən daha çox insan itirdilər”.