📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: “Rusiya donanmasını məhv edəcəyik”

2023-08-08 11:15:00

Zelenski: “Rusiya donanmasını məhv edəcəyik”

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Moskvanın Kiyevin Qara dənizdən taxıl ixracına mane olacağı təqdirdə Rusiyanı gəmisiz qoyacaqları ilə təhdid edib.

Zelenski Latın Amerikası mətbuatına (“La Nación” qəzetinin “Yutub” kanalına) müsahibəsində deyib: “Biz Ukraynanın müharibə istəmədiyi, lakin onların atəş açmağa davam edəcəyi təqdirdə buna cavab veriləcəyi barəsində xəbərdarlıq etmişik. Bizim böyük miqdarda silahımız yoxdur, lakin bu ruhda davam eləsələr, müharibənin sonuna qədər onların bir gəmisi də qalmayacaq. Biz bunu praktikada göstərmək istəyirik”.

Zelenski bəyan edib ki, “Ukrayna özünün idxal və ixrac hüququnu təmin eləmək üçün blokadaya son qoymaq üsulunu tapmalıdır”.

Hürr Tərcüman