Zelenski: “Rusiya ilə danışıqlar aparmaqdan başqa yolumuz yoxdur”
2022-04-09 14:14:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın “Bild” nəşrinə müsahibəsində Ukraynanın Rusiya ilə danışıqlar masasına oturması məsələsindən danışıb. Zelenski deyib: “Bu gün Ukraynanın danışıqlar masasına oturmaqdan başqa çıxış yolu yoxdur”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında danışıqlar 28 fevral tarixində başlanıb. Martın 29-da İstanbulda tərəflərin hələlik sonuncu əyani görüşü keçirilib.
Hürr Tərcüman