📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: Rusiya ilə Ukrayna arasında Macarıstan vasitəçilik edə bilməz

2024-07-08 21:45:34

Zelenski: Rusiya ilə Ukrayna arasında Macarıstan vasitəçilik edə bilməz

Macarıstan Ukrayna ilə Rusiya arasında vasitəçilik rolunu oynaya bilməz.

Hurriyyet.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, bu missiyanı üzərinə yalnız ABŞ, Çin və Avropa İttifaqı götürə bilər.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban iyulun 2-də Ukraynada səfərdə olub. Daha sonra Rusiyaya səfər edib.