Zelenski Rusiya ordusunun öldürülən hərbçilərinin SAYINI AÇIQLADI
2022-03-26 16:15:00
“Rusiya ilə danışıqlarda Ukraynanın suverenliyinə təminat verilməli, ərazi bütövlüyü təmin edilməlidir. Beləliklə, şərtlər ədalətli olmalıdır. Əks halda, Ukrayna xalqı bunu qətiyyən qəbul etməyəcək”.
Hurriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski yeni videomüraciətində bildirib.
Zelenski Ukrayna Silahlı Qüvvələrinin Donbas, Xarkov və Kiyevdə Rusiya ordusunun hücumlarına qarşı mübarizəni davam etdirdiyini vurğulayıb:
“Müdafiəçilərimiz Rusiyanın hücumlarını dəf edir... Artıq 16 min rus əsgəri həlak olub. Nəyə görə? Bu kimə nə verir?”.