📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: “Rusiya qüvvələri Ukraynaya yeni, daha güclü zərbə vurmağa hazırlaşırlar”

2022-04-02 14:11:00

Zelenski: “Rusiya qüvvələri Ukraynaya yeni, daha güclü zərbə vurmağa hazırlaşırlar”

Hurriyyet.az “Qruziya Onlayn” portalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vldaimir Zelenski Rusiya ordusunun Ukraynaya yeni, daha güclü zərbə endirməyə hazırlaşdığını bəyan edib. Bu barədə xəbəri Ukrayna mətbuatı yayıb.

Zelenski videomüraciətində deyib: “Ölkəmizin şərqində vəziyyət olduqca gərgin olaraq qalır. Rusiyalı hərbçiləri Donbassa, Xarkova doğru toplayırlar. Biz daha fəal müdafiəyə hazırlaşırıq. Bütün imkanlarımızdan – həm daxili, həm də xarici imkanlardan istifadə edirik.

Bir daha vurğulayıram – ağır döyüşlərdir. İndi hələ düşünmək olmaz ki, artıq bütün sınaqlardan keçmişik. Biz hamımız qələbə istəyirik. Lakin qələbə gələndə – onu hamı görəcək. Hami hiss edəcək ki, sülh başlanır”.

Hürr Tərcüman