📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: “Rusiya yalnız dinc əhaliyə qarşı terror törətməyi bacarır”

2023-03-09 15:27:00

Zelenski: “Rusiya yalnız dinc əhaliyə qarşı terror törətməyi bacarır”

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkədəki açıqlamasında Rusiya ordusunun ötən gecə ölkəyə raket hücumu nəticəsində ölənlərin və yaralananların olduğunu  bəyan edib.

Zelenski raket hücumlarının mülki infrastrukturları və yaşayış məntəqələrini hədəfə aldığını bildirib: “Təəssüf ki, yaralananlar və ölənlər var. Həlak olanların yaxınlarına başsağlığı diləyirəm”.

Zelenski yazıb: “Enerji sisteminin fəaliyyəti bərpa edilir, bütün bölgələrdə məhdudiyyətlər tətbiq edilib. Dünən 81 raket ataraq ukraynalıları qorxutmağa çalışdı. İşğalçılar yalnız dinc əhaliyə qarşı terrorçuluq edə bilirlər. Edə bildikləri yeganı iş budur”.

Zelenski bu hücumların Rusiyaya kömək etməyəcəyini və cavabsız qalmayacağını qeyd edib.

Hürr Tərcüman