📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: Rusiyanın hərbi ehtiyatları tükənir, təcrübəli əsgərlərini itirib

2024-01-11 16:29:37

Zelenski: Rusiyanın hərbi ehtiyatları tükənir, təcrübəli əsgərlərini itirib

Ukraynanın hazırkı vəziyyətdə atəşkəsə razılaşması Rusiyaya yenidən özünü toparlamaq, bölmələrini gücləndirmək və təkrar hücumdan əvvəl ehtiyatlarını artırmaq şansı verəcək.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

"Ukraynada atəşkəsdən danışsaq, bu, sülh olmayacaq. Bu, müharibənin dayanacağı demək deyil. Bu, həm də siyasi dialoqa imkan verməyəcək", - deyə o izah edib.

Zelenski Rusiyanın döyüş sursatları və dron ehtiyatlarının tükəndiyini, çoxlu əsgər və bütöv birliklər itirdiyini bildirib: "Onlar çox sayda təcrübəli əsgərlərini – Çeçenistanda və Suriyada döyüşən əsgərləri itiriblər, “Vaqner” muzdlu dəstəsi də məhv edilib".

yenisabah.az