Zelenski Rusiyanın işğalından, minalanmış torpaqlardan danışdı: “Avropanın mərkəzinə iki ekoloji bomba düşüb”
2021-11-02 16:18:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Şotlandiyanın paytaxtı Qlazqo şəhərində keçirilən 26-cı BMT İqlim Dəyişikliyi Konfransındakı (COP26) çıxışında deyib: “Avropanın mərkəzinə Donbass ilə Krım olmaqla iki ekoloji bomba düşüb”. O, bənzərsiz təbiəti olan Krımın işğaldan sonra Rusiyanın donanma bazasına çevrildiyini və rusiyapərəst separatçıların ələ keçirdiyi Donbassda bəzi bölgələrin minalarla dolu vəziyyətə gəldiyini bildirərək, bu vəziyyətin bütün dünyaya təhdid olduğunu söyləyib.
Zelenski Ukraynanın Avropanın Paris razılaşmasını imzalayan ilk dövlətlərdən biri olduğunu bildirib.
Hürr Tərcüman