📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

2023-05-27 14:38:00

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Belarusla əlaqəli 51 fiziki və 220 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Hurriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti müvafiq fərmanı bu gün imzalayıb.

Kiyevin yeni sanksiyalar siyahısına “Mobil Telesistemlər” (MTS), “Volqa-Dnepr Lizinq”, “RZD Logistics”, “RZDstroy”, “Solikamskiy Eksperimental Metallurgiya Zavodu”, “Dövlət Kimya Məhsulları Elmi-Tədqiqat İnstitutu” və “Minsk Avtomobil Zavodu” kimi şirkətlər, eləcə də digər müəssisələr daxil edilib.

qafqazinfo.az