Zelenski Saakaşvilinin Ukraynaya qaytarılması üçün Gürcüstana rəsmən müraciət edib
Hurriyyet.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Ukrayna öz vətəndaşı olan Mixail Sakaşvilinin qaytarılması üçün Gürcüstana rəsmən müraciət edib.
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniya xüsusi mətbuat konfransı keçirərək, Ukraynanın onun oğlunun təhvil verilməsini rəsmən tələb elədiyini bildirib. Mətbuat konfransı məhkəmə iclasının gedişatında Saakaşvilinin sağlamlığının kəskin şəkildə pisləşməsindən sonra keçirilib.
Qiuli Alasaniya deyib: “Bilirsinizmi, mənim oğlumu faktiki olaraq Gürcüstandan deportasiya ediblər, vətəndaşlıqdan məhrum ediblər və Ukrayna vətəndaşı olmağa məcbur ediblər. Məndə olan informasiyaya görə, Zelenski şəxsən Gürcüstan Prezidentinə müraciət edib, lakin buna reaksiya verilməyib”.
Alasaniyanın sözlərinə görə, mövcud vəziyyət – “tamamilə anormaldır”. O deyib ki, bir çox insanlarla şəxsən görüşüb, Polşaya gedib, Ukraynaya müraciət edib. Saakaşvilinin anasının söylədiyinə görə, indi Kiyev Tbilisini onu Ukrayna tərəfinə təhvil verməyi tələb edib.
Qiuli Alasaniya əlavə edib ki, Saakaşvilinin Ukraynaya qaytarılması üçün rəsmi müraciət təzəlikcə edilib. Lakin bundan əvvəl Ukrayna tərəfi qeyri-rəsmi olaraq dəfələrlə eyni təkliflə müraciət edib.
Hürr Tərcüman