Zelenski sammitə dəvət edildi
2022-04-27 17:48:00
Ukrayna Prezidenti “Tvitter” səhifəsində minnətdarlığını bildirdi
Hurriyyet.az "Qruziya onlayn" portalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski G-20 sammitinə dəvət edilib.
Zelenski bu gün İndoneziya Prezidenti Coko Vidodo ilə telefonla danışdıqdan sonra öz “Tvitter” səhifəsində yazıb: “G-20 sammitinə dəvət üçün təşəkkürümü bildirirəm”.
“Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə, həmçinin BMT-dəki qəti mövqeyinə görə təşəkkürümü bildirirəm. Ərzaq təhlükəsizliyi məsələləri müzakirə edilib”.
G-20 sammiti 2022-ci ilin payızında İndoneziyada keçiriləcək.
Hürr Tərcüman