📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski sosial media hesabındakı paylaşımında Rusiyanın Kiyevə raket hücumu təşkil etdiyini bildirib

2024-07-08 15:11:56

Zelenski sosial media hesabındakı paylaşımında Rusiyanın Kiyevə raket hücumu təşkil etdiyini bildirib

Zelenski sosial media hesabındakı paylaşımında Rusiyanın Ukraynaya intensiv raket hücumu təşkil etdiyini, Kiyevdən başqa Dnepr, Kriviy Riq, Slovyansk və Kramatorsk şəhərlərinin də 40-dan çox müxtəlif raketlə hədəf alındığını bildirib.

Hücumlarda paytaxtdakı evlərə, infrastruktura və uşaq xəstəxanasına ziyan dəydiyi barədə məlumatı paylaşan Zelenski, bütün təcili yardımların hücumlara məruz qalan yerlərdə növbətçi olduğunu bildirib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Sergey Popko sosial media hesabındakı paylaşımında Kiyevdə hava hücumundan müdafiə sisteminin işlədiyinə işarə edərək, Rusiyanın hücumları nəticəsində paytaxtın müxtəlif rayonlarına raket parçaları düşdüyünü bildirib.

Raket fraqmentlərinin düşdüyü Solomen, Qolosiyiv, Darnitsa və Svyatoşin rayonlarında bəzi binalara və nəqliyyat vasitələrinə ziyan dəydiyini bildirən Popko, Şevçenko rayonunda uşaq xəstəxanasının zərər gördüyünü qeyd edib.

Popko paytaxtda baş verən hücumda azı 7 nəfərin öldüyü, 25 nəfərin yaralandığı barədə məlumat paylaşıb.

Digər tərəfdən Kriviy Riq şəhərinin Müdafiə Şurasının sədri Oleksandr Vilkul sosial media hesabından açıqlama verərək, ilkin məlumatlara görə, raket hücumu nəticəsində 10 nəfərin həyatını itirdiyini, 31 nəfərin yaralandığını bildirib.