Zelenski tarixi çıxışa hazırlaşır
2022-03-08 09:07:00
Ukrayna Prezidenti Vladimir Zelenski sabah Britaniya İcmalar Palatasında çıxış edəcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.
Məlumata görə, Ukrayna prezidenti Kiyev vaxtı ilə 19:00 videobağlantı vasitəsilə Britaniya parlamentandə “tarixi çıxış” edəcək.
“Hər bir parlamentari Ukraynadan bizə onlayn müraciət edəcək prezidenti birbaşa eşitmək istəyir, ona görə də bu, İcmalar Palatası üçün mühüm fürsətdir”, - İcmalar Palatasının sədri Ser Lindsi Hoyl bildirib.
Qeyd olunur ki, Zelenskinin çıxışından sonra ona heç bir sual verilməyəcək.