📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Trampla yenə görüşərmi?

2025-03-03 17:57:49

Zelenski Trampla yenə görüşərmi?

Hurriyyet.az xəbər verir ki, Ağ Evdəki qalmaqaldan sonra Ukrayna Prezidenti Vladimir Zelenski Trampla görüşü barəsində açılama verib.
"Blomberg" nəşrinin ukraynalı siyasətçinin sözlərinə istinadla yazdığına görə, Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla yenə görüşməyə hazırdır.
Ukrayna Prezidenti deyib: "Bu vəziyyətin keçib gedəcəyinə və qarşıda bizi daha mühüm işlər gözlədiyinə əminəm".
Zelenski bildirib ki, ABŞ Prezidenti konstruktiv dialoq, real problemlərin və ciddi məsələlərin həlli üçün onu dəvət edərsə, Donald Trampla növbəti görüşə gedəcəkdir.
Hürr Tərcüman