📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: "Ukrayna Pasxa bayramında barışığa hazırdır"

2026-03-30 18:53:20

Zelenski:

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Pasxa bayramı günlərində barışığa hazır olduğunu bildirib.

Oxu.Az-ın "RBC-Ukrayna" nəşrinə istinadən xəbərinə görə, Zelenski bu barədə jurnalistlərə müsahibəsində məlumat verib.

"Bilirsiniz ki, biz dövlətin ləyaqətini və müstəqilliyini itirmədən müharibəyə son qoymaq üçün istənilən formatı dəstəkləyirdik", - deyə o bildirib.

"Amma sözsüz ki, biz istənilən kompromisə hazırıq. Dediyim kimi, ləyaqətimiz və suverenliyimizlə bağlı kompromislər istisna olmaqla", - deyə Volodimir Zelenski qeyd edib.