Zelenski: Ukrayna-Rusiya danışıqları “olduqca çətin” gedir.
2022-03-17 13:40:00
Ukrayna və Rusiya arasında danışıqlar “olduqca çətin” gedir. "RİA Novosti" xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski "NBC" telekanalına müsahibəsində deyib.
ABŞ administrasiyasının Ukraynadakı hadisələr fonunda üçüncü dünya müharibəsinin asanlıqla alovlana biləcəyi ilə bağlı qorxularını bölüşüb-qoşmadığı sualına Zelenski cavab verib ki, bunu heç kim bilmir, amma “yəqin ki, artıq başlayıb”.
Ukrayna prezidenti əlavə edib ki, o, öz xalqını “məğlubedilməz” hesab edir və xarici qoşunlar “ukraynalıların ləyaqətini və ölkəsinə olan məhəbbəti əlindən ala bilməyəcək”.
Ülviyyə, Hurriyyet.az