📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır - Tramp

2026-03-05 23:17:00

Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır - Tramp

ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə sülh sazişinin əldə olunmasına əsas maneənin Ukrayna Prezidenti Volodimir Zelenski olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Tramp müsahibəsində qeyd edib ki, Ukrayna üzrə danışıqlar davam edir, lakin o, Zelenskinin mövqeyindən narazılığını yenidən ifadə edib.

“Zelenski özünü toparlamalı və razılaşma əldə etməlidir”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin müharibənin başa çatdırılması ilə bağlı danışıqlara hazır olduğunu düşündüyünü deyib.