📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: Ukraynada ballistik raketin sınağı uğurlu keçib

2024-08-28 15:57:21

Zelenski: Ukraynada ballistik raketin sınağı uğurlu keçib

Ukrayna öz ballistik raketini uğurla sınaqdan keçirib.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı bildirib.

"Ukraynanın ilk ballistik raketinin sınağı müsbət olub”, - o vurğulayıb.

V.Zelenski təfərrüatları açıqlaya bilməyəcəyini söyləyib.

Ukrayna Prezidenti, həmçinin "Palyanitsa” dron-raketini xatırladıb və onun çox ciddi vasitə olduğunu qeyd edib.

Qeyd edilir ki, böyük ölçülü "Palyanitsa" dron-raketi uzaq məsafələrə uçmaq qabiliyyətinə malikdir. Eyni zamanda hədəfləri havada vurmağa imkan verir.

7News.az