📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: “Ukraynada “Bayraktar” zavodu olacaq”

2022-09-10 08:49:00

Zelenski: “Ukraynada “Bayraktar” zavodu olacaq”

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Pilotsuz Uçuş Aparatı istehsal edən “Baykar” şirkətinin Ukraynada zavod tikəcəyini bəyan edib.  Zelenski Kiyevdə səfərdə olan “Baykar” şirkətinin Baş direktoru Haluk Bayraktarı Ukraynanın I dərəcəli “Xidmətlərinə görə” ordeni ilə təltif edib.

Ukrayna Rusiya qüvvələrinə qarşı mübarizəsində “Baykar” şirkətinin istehsal elədiyi “Bayraktar TB2” tipli silahlı dronlardan istifadə edir.

Zelenski Haluk Bayraktar ilə görüşündən sonra sosial media hesabındakı açıqlamasında yazıb: “Baykar” fabrikinin Ukraynada qurulmasının və Ukrayna istehsalı olan detallardan istifadə edilərək yeni məhsullar istehsal edilməsinin təfərrüatlarını müzakirə etdik”.

Hürr Tərcüman