📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: “Ukraynanın NATO-ya daxil olması Rusiyanın təhlükəsizliyinin təminatı deməkdir”

2023-08-09 12:05:00

Zelenski: “Ukraynanın NATO-ya daxil olması Rusiyanın təhlükəsizliyinin təminatı deməkdir”

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın NATO-ya daxil olmasının Rusiyanın xilası olacağını bəyan edib. Onun sözlərinə görə, ölkənin ittifaqa daxil olması – Rusiya üçün “Ukraynanın gələcəkdə heç bir zaman onların ərazisinə daxil olmayacağının təminatıdır”.  

Zelenski Latın Amerikası mətbuatına müsahibəsində deyib: “NATO olduğu yerdə - müharibə yoxdur.  Bütün ölkələr Putinin simasında Sovet İttifaqının  geri qayıtmasından qorxub NATO-ya daxil olurdular. Ukrayna üçün NATO – hücum missiyası deyil, biz heç vaxt heç yerə hücum eləməmişik. Yalnız öz ərazimizdə irəliləyirik... Ukrayna döyüş əməliyyatlarını Ukrayna ərazisində aparır – biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Ukrayna NATO-ya daxil olsa, Rusiya buna görə minnətdar olmalıdır. Bəli! Çünki, bu, Rusiya üçün təhlükəsizlik deməkdir, Ukryananın gələcəkdə heç vaxt onların ərazilərinə keçməyəcəyi deməkdir”.   

Hürr Tərcüman