Zelenski Ukraynanın nə zaman NATO üzvü olacağını açıqladı
2024-07-15 17:32:38
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski "müharibə başa çatan kimi" Ukraynanın NATO üzvü olmağa dəvət ediləcəyini bildirib.
Zelenski deyib: "Ukrayna müharibədə olduğu üçün bu sammitdə istədiyimizi ala bilmədik. Müharibə başa çatan kimi Ukrayna NATO-ya dəvət və ona üzv olmaq imkanlarını tez bir zamanda alacaq. Dəvət üçün NATO-nun bütün üzvlərinin birgə qərar verməsi tələb olunur".
Xatırladaq ki, NATO ölkələrinin bir qismi Ukraynanın müharibədən sonra da alyansa daxil olmasına qarşı çıxış edir. Buna görə də, hələlik birgə razılıq əldə edilməyib. Bundan başqa, Rusiya müharibənin başa çatması üçün əsas şərtlərdən biri kimi Ukraynanın neytral statusda olmasını tələb edir.
Hürr Tərcüman