Zelenski Ukraynanın qalibiyyət tarixini açıqladı
2023-05-11 13:18:00
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski BBC kanalına müsahibəsində Ukraynanın ABŞ-da prezident seçkiləri keçirilənə qədər qələbə qazana biləcəyini söyləyib.
Zelenski deyib: “Kim bilir, seçkilər keçirilən zaman biz harada olarıq? İnanıram ki, o vaxta qədər qələbə çalacağıq”.
Zelenski Ukraynanın əvvəlki kimi ABŞ Konqresində hər iki partiya tərəfindən dəstəkləndiyini söyləyib.
ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.
Hürr Tərcüman