📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: “Ukraynanın sayəsində Avropa getdikcə daha da azad olur”

2023-02-28 18:17:00

Zelenski: “Ukraynanın sayəsində Avropa getdikcə daha da azad olur”

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin hər zaman Avropa olduğunu və olacağını bildirib. Onun sözlərinə görə, Kiyev hələ bir il əvvəl Avropa İttifaqına daxil olmaq üçün müraciət eləməklə bu məsələni təminat altına alıb və indi dövlətin birliyə daxil olması üçün dialoq vaxtı çatıb.

Zelenski “Tvitter” səhifəsində yazıb: “Ukrayna həmişə Avropa olub. Bu il üzvlük üçün danışıqlara başlamaq qərarını qəbul eləmək vaxtıdır. Məhz Ukrayna Avropa İttifaqını heç bir zaman olmadığı qədər birləşdirib”.

Ukrayna Prezidenti Kiyevin Avropa İttifaqına daxil olmasını gələcək nəsillər üçün Avropa dəyərlərinin müdafiəsi olduğunu söyləyib.  Zelenski Ukrayna dövlətinin sayəsində Avropanın getdikcə daha da birləşdiyini və azad olduğunu əlavə edib.

Hürr Tərcüman