📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Zalujnıya yeni vəzifə verdi

2025-03-04 23:51:17

Zelenski Zalujnıya yeni vəzifə verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Valeri Zalujnını ölkənin Beynəlxalq Dəniz Təşkilatında daimi nümayəndəsi təyin edib.

Hurriyyet.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat Ukrayna prezidentinin saytında yerləşdirilib.

Qeyd edək ki, bundan sonra Valeri Zalujnı Ukraynanın Beynəlxalq Dəniz Təşkilatında daimi nümayəndəsi və eyni zamanda Ukraynanın Böyük Britaniyadakı səfiri kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, V.Zalujnı 2021-2024-cü illərdə Ukrayna Ordusunun baş komandanı postunu tutub. O, ötən ilin martında Böyük Britaniyaya səfir təyin edilib.