📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskidən Azərbaycanla bağlı xəbər

2023-02-16 11:00:00

Zelenskidən Azərbaycanla bağlı xəbər

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 15-də Azərbaycan Prezidenti İlahm Əliyevə zəng edib. Bu barədə Zelenskinin “Feysbuk” və “Tvitter” səhifələrində məlumat verilib. Paylaşmalarda deyilir: “Fevralın 15-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinə və göstərilən humanitar yardıma görə Prezident İlahm Əliyevə təşəkkürünü bildirib.

Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər”.

Hürr Tərcüman