📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskidən merin oğurlanmasına sərt reaksiya

2022-03-12 11:30:00

Zelenskidən merin oğurlanmasına sərt reaksiya

Ukrayna Melitopol merinin dərhal azad edilməsini tələb edir.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Melitopol meri İvan Fedorovun Rusiya hərbçiləri tərəfindən oğurlanmasına münasibət bildirərkən deyib.

“Rus ordusu bu addımı ilə İŞİD terrorçularına bənzəyir. Əgər siz (Rusiya) İŞİD terrorçularına bənzəyəcəksinizsə, sizinlə hər hansı bir mövzuda danışmağın nə mənası var?” - Ukrayna lideri bildirib.