📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskidən NATO-ya: Rus təyyarələrini vurmaq...

2022-03-09 09:31:00

Zelenskidən NATO-ya: Rus təyyarələrini vurmaq...

Ukraynanın sərhədləri Rusiya tərəfindən pozulduqda Qərb ölkələri Ukraynanı qorumalı, o cümlədən onun üzərindəki səmanı bağlamalıdır.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Dövlət başçısı vurğulayıb ki, hazırda Ukrayna üçün ən vacib şey səmanın təhlükəsizliyidir:

“Biz Rusiyanın səmada bu qədər aktiv olmasına icazə verə bilmərik, çünki onlar bizi bombalayır, atəşə tuturlar, öz raketlərini, qırıcılarını, helikopterlərini və sair üzərimizə göndərirlər. Bizdə səma yoxdur, biz səmaya nəzarət etmirik”.

Prezident NATO Baş katibi Yens Stoltenberqin Ukrayna səmasının bağlanmasının Rusiya təyyarələrini vurmaq anlamına gəldiyini qeyd edən bəyanatına da münasibət bildirib:

“Rusiya təyyarələrini vurmaq nə deməkdir? Məsələn, dünən Xarkovda universitetə, yataqxanaya, Kiyevdəki uşaq xəstəxanasına raket dəyib. Raket uçursa, onu vurub-vurmayacağımızı düşünürük? Məncə, başqa cavab yoxdur. Bəli, bu raketlər vurulmalıdır, çünki insan həyatını xilas etmək lazımdır. Əminəm ki, cəsur Amerika əsgərləri çəkinmədən bunu edəcəkdilər”.