📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskidən Putinə təklif...

2022-04-13 10:42:00

Zelenskidən Putinə təklif...

Prezident Vladimir Zelenski həbsdə olan deputat, Rusiya Federasiyasının başçısı Vladimir Putinin xaç atası Viktor Medvedçukla bağlı Rusiya Federasiyasına təklif irəli sürüb.

Belə ki, Ukrayna lideri yeni videomüraciətində Rusiyaya əsir götürülmüş ukraynalıları saxlanılan siyasətçi ilə dəyişməyi təklif edib.

Hurriyyet.az bu barədə Sia.az saytına istinad edir.

“Rusiya Federasiyasına təklif edirəm ki, sizin bu oğlanı rus əsirliyində olan oğlan və qızlarımızla dəyişdirilsin. Ona görə də bizim hüquq-mühafizə orqanlarının və hərbçilərin bu ehtimalı nəzərə alması vacibdir”, - deyə Zelenski deyib.

Dövlət başçısı qeyd edib ki, Medvedçuk 40 gündən artıq idi ki, gizlənirdi və onun məhz Kosmonavtika Günündə (aprelin 12-də qeyd olunur) saxlanılması çox simvolikdir.

“...48 gün gizləndi və nəhayət ölkədən kənaraa qaçmaq qərarına gəldi. Yaxşı, bu “kosmonavt” üçün - sözün pis mənasında - məşhur “Gedək!” işə yaramadı. Onun hərbi kamuflyajdan istifadə etməsini xüsusilə kinli hesab edirəm. O bununla özünü maskalamağa çalışıb. Yəni "döyüşçü", “vətənpərvər” cildinə girmk istəyib...”, - deyə prezident əlavə edib.

Xatırladaq ki, aprelin 12-də axşam Vladimir Zelenski Telegram-da SBU-nun keçirdiyi xüsusi əməliyyat nəticəsində Viktor Medvedçuku saxladığını bildirmişdi. Prezident xalq deputatının əli qandallı fotosunu dərc edib və daha sonra ətraflı məlumat verəcəyini vəd edib.

Qeyd edək ki, Medvedçuk iki cinayət işi üzrə dövlətə xəyanətdə şübhəli bilinir.

-Krımda milli sərvətlərin talanması,

-Ukraynaya qarşı təxribat fəaliyyəti

Ötən ilin oktyabrında Medvedçuk “kömür işi” adlanan işdə (Cinayət Məcəlləsinin 111-ci maddəsi və 258-3-cü maddəsinin 1-ci hissəsi) dövlətə xəyanət və terrorda şəriklikdə yeni şübhəli elan edilib. Dövlət İstintaq Bürosu bir qrup Ukrayna vətəndaşının müvəqqəti işğal olunmuş ərazilərdən kömür tədarükü və “LPR”- “DXR” terror təşkilatlarına yardım göstərilməsi üzrə cinayət sxemini araşdırırdı. Hüquq-mühafizə orqanları Medvedçukun “kömür işi” üzrə fəaliyyətini hələ 2016-cı ildə sənədləşdirməyə başlamışdılar

2022-ci il fevralın 27-də daxili işlər nazirinin müşaviri Anton Geraşenko Medvedçukun ev dustaqlığından qaçdığını elan etmişdi.