Zelenskidən Putinlə bağlı tələb - Rada Prezidentə müraciət etdi
2022-02-18 16:50:00
Ukrayna Radası Prezident Volodimir Zelenskiyə sorğu göndərərək, onun Rusiya Prezidenti Vladimir Putini Ukrayna dövləti tərəfindən aldığı bütün təltiflərdən məhrum etməsini istəyib.
AzPolitika.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, sözügedən təklifi Ukrayna parlamentinin 265 deputatı dəstəkləyib. Maraqlıdır ki, onların arasında rusiyapərəst müxalif “Həyat uğrunda” fraksiyasından olan bir deputat da var.
Qəbul olunmuş müraciətdə Vladimir Putinlə yanaşı, Dmitri Medvedevin də adı çəkilir və onların hər ikisinin 2013-cü ilə qədər Ukrayna tərəfindən verilmiş bütün təltif və mükafatlardan məhrum edilməsi istənilir.
AzPolitika.info