Zelenskidən Rusiyanın kütləvi hücumuna SƏRT TƏPKİ: "Bu, ən şərəfsiz zərbələrdən biri idi"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisinə endirdiyi növbəti kütləvi raket və dron zərbələri ilə bağlı rəsmi bəyanat yayıb.
Hurriyyet.net xəbər verir ki, dövlət başçısı "Telegram" kanalında etdiyi paylaşımda bu hücumu "müharibə dövrünün ən şərəfsiz və namərd zərbələrindən biri" adlandırıb.
Zelenskini verdiyi məlumata görə, hücum zamanı Kiyev şəhəri də daxil olmaqla ümumilikdə 12 vilayət hədəfə alınıb. Düşmən tərəfindən ümumilikdə 70 raket (əsasən balistik raketlər) və çoxsaylı "Shahed" dronları buraxılıb. Ukrayna Lideri hava hücumundan müdafiə qüvvələrinin zərbələrin yalnız bir hissəsini dəf edə bildiyini, balistikanın isə hazırda ən böyük təhlükə olaraq qaldığını vurğulayıb.
Hücumun əsas hədəflərindən biri Ukraynanın energetika infrastrukturu olub. Eyni zamanda mülki yaşayış binaları ağır zərər çəkib:
-
Priluki (Çerniqov vilayəti): 5 mərtəbəli yaşayış binasının uçması nəticəsində 5 nəfər həlak olub, 5-i uşaq olmaqla 26 sakin yaralanıb. Dağıntılar altında insanların qaldığı bildirilir.
-
Kiyev və Ələksandriya: Kiyevdə 2 nəfər, Ələksandriyada (Kiromohrad vilayəti) isə daha 2 nəfər mülki şəxs həlak olub.
-
Kremençuq, Dnepr və Zaporojye: Kremençuqda 4 çoxmərtəbəli bina zədələnib (ölənlər və yaralananlar var), Dneprdə 5 yaşayış binası, Zaporojyedə isə PUA zərbəsi nəticəsində çoxmərtəbəli bina xəsarət alıb.
Zelenski müttəfiqlərə növbəti dəfə müraciət edərək Ukraynanın təcili olaraq əlavə HHM sistemlərinə (xüsusən "Patriot" komplekslərinə) ehtiyacı olduğunu bildirib.