Zelenskidən sülh naminə təklif
2024-10-23 11:51:32
Hurriyyet.az xəbər verir ki, Zelenski müharibənin başa çatması xatirinə enerji obyektlərinə vurmamağı təklif edib.
Ukrayana Prezidenti Vladimir Zelenski "Financial Times" nəşrinə müsahibəsində energetika obyektlərinə qarşılıqlı hücumların dayandırılmasının Rusiya ilə müharibənin dayandırılması yolunda mühüm addın ola biləcəyini söyləyib.
Zelenski qeyd edib ki, RF Ukrayna obyektlərinə hücumlarını dayandırarsa, Kiyev də Rusiyanın enerji infrastrukturana zərbələri dayandırmağa hazırdır. O, belə yanaşmanın hərbi əməliyyatların aktiv fazasına son qoymaq imkanı yaradacağına inandığını bildirib. Nəşr qeyd edir ki, Zelenski ərazi güzəştləri hesabına sülh əldə etməyin mümkünlüyünü istisna edib.
Hürr Tərcüman