📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskidən türk dilində Ərdoğanla bağlı paylaşım - FOTO

2022-02-05 22:49:00

Zelenskidən türk dilində Ərdoğanla bağlı paylaşım - FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski "Omikron"a yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşına şəfa arzulayıb.

Bu barədə Ukrayna lideri “Twitter” hesabında türk dilində yazıb.

“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və həyat yoldaşı hörmətli Əminə Ərdoğanın COVID-19 testinin müsbət çıxdığını həyat yoldaşım Yelena ilə məyusluqla öyrəndik. Dostlarımız Tayyib bəy və Əminə xanıma keçmiş olsun diləklərimizi çatdırır, şəfa arzulayırıq”, -  deyə V.Zelesnki yazıb.

 

Ölkə.az