📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskidən ukraynalılara müraciət: QORXMAYIN

2022-01-26 17:00:00

Zelenskidən ukraynalılara müraciət: QORXMAYIN

Ukrayna Prezidenti Vladimir Zelenski vətəndaşları xəbərləri oxuyarkən tənqidi, məntiqi və müsbət düşünməyə çağırıb. Hurriyyet.az axar.az-a istinadən xəbər verir ki, dövlət başçısı bu sözləri Rusiya-Ukrayna gərginliyi ilə bağlı yeni müraciətində deyib.

"İnternetdən qorxmayın! Qoyun, internet sizdən qorxsun! Nə ilə qorxutmaq olar? Sağlam, tənqidi, məntiqi və müsbət düşüncələrlə... Gün ərzində nə eşitməyiniz, görməyiniz, oxumağınızdan asılı olmayaraq, bunu bilərək yekunlaşdırın: 24/7 rejimində biz sizin özünüzü dinc, isti, məmnun hiss etməyiniz və hamınızın sağlam olmağınız üçün hər şeyi edirik və edəcəyik", - deyə Zelenski bildirib.