Zelenskidən Vaşinqtonun sülh planına yaşıl işıq
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynadakı müharibənin de-eskalasiyası və tərəflər arasında diplomatik əlaqələrin bərpası üçün üç mərhələdən ibarət təcili plan təklif edib.
Hurriyyet.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə "Axios" nəşrinə verdiyi müsahibəsində məlumat verib.
Ukrayna liderinin sözlərinə görə, Vaşinqtonun təqdim etdiyi sülh planı üç ana bənddən ibarətdir: enerji infrastrukturu obyektlərinə qarşı hücumların və atəşin dayandırılması, Qara dəniz taxıl koridorunun fəaliyyətinin bərpası, eləcə də ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli görüşün təşkili.
Zelenski bu üçtərəfli görüşün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Ukrayna prezidenti vurğulayıb ki, Kiyev enerji obyektlərinə qarşı atəşkəs təklifini qəbul etməyə hazır olduğunu artıq Amerikan tərəfinə bildirib. Bununla belə, Zelenski Kremlin bu razılaşmalara real əməl edəcəyinə şübhə ilə yanaşdığını da gizlətməyib.