📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskini “təlxək” adlandıran Bəşər Əsəd onun çıxışı zamanı qulaqlıqlarını çıxardı

2023-05-20 11:00:00

Zelenskini “təlxək” adlandıran Bəşər Əsəd onun çıxışı zamanı qulaqlıqlarını çıxardı

Hurriyyet.az xəbər verir ki, mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Ərəb Dövlətləri Liqaasının sammitində Ukrayna Prezidenti Vladimir Zelenski “Rusiyaın hərbi cinayətləri” mövzusunda çıxış edərkən Suriya Prezidenti Bəşər Əsəd nümayişkaranə şəkildə qulaqlıqlarını çıxarıb. Bu barədə amerikalı jurnalist Cekson Hinkl öz “Tvitter” səhifəsində yazıb. Əsədin bu hərəkəti “Tvitter”də ən çox müzakirə edilən mövzulardan biri olub.

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Ərəb Liqası Dövlətilərinin Ukrayna böhranı ilə bağlı “müsbət neyrtalitetini bəyan edib.

Bəşər Əsəd 2023-cü ilin martında Moskvaya səfəri zamanı Zelenskini “təlxək” adlandırmış, Dəməşqin Rusiyanın ələ keçirdiyi əraziləri RF ərazisi kimi tanıdığını bəyan eləmişdi. Bir müddət sonra Ukrayna Suriya Ərəb Respublikasının Prezidentinə qarşı sanksiyalar tətbiq elədiyini bəyan eləmişdi.

Bəşər Əsəd 12 ildən sonra ilk dəfə Ərəb Dövlətləri Liqasının sammitində iştirak edib.

Hürr Tərcüman