📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskinin 115 milyard avro tələbi Avropanı qəzəbləndirdi

2026-11-22 18:59:36

Zelenskinin 115 milyard avro tələbi Avropanı qəzəbləndirdi

Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç Ukrayna Prezidenti Volodimir Zelenskinin 2027-ci il üçün Ukraynaya 115 milyard dollar ayrılması tələbinə etiraz edib. O, X sosial şəbəkəsində Avropa ölkələrinin Ukraynaya bu qədər vəsait ayırmaq imkanına malik olmadığını yazıb.

Modern.az xəbər verir ki, Zelenski bu məbləği noyabrın 19-da Berlində keçirilən mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, vəsait gələn il dövlət və hərbi xərclərin qarşılanması üçün lazımdır. Əvvəlcə Kiyev 45 milyard avro maliyyə dəstəyi gözləyirdi, lakin əlavə hesablamalardan sonra xarici maliyyələşdirməyə ehtiyac daha 70 milyard avro artıb.

Bununla yanaşı, Ukrayna artıq razılaşdırılmış və Avropa Komissiyasının yeni təklifləri çərçivəsində ümumilikdə 90 milyard avro əldə etməyə ümid edir. Beləliklə, əlavə 25 milyard avroya ehtiyac qalır.

Xərclərin ən böyük hissələrindən biri silahlı qüvvələrin saxlanılmasıdır. 2027-ci ildə bu məqsədlə 108,3 milyard dollar ayrılması planlaşdırılır.

Ukraynanın maliyyə nazirinin müavini Roman Yermolıçev isə müdafiə qurumunun hesablamalarına əsasən, hərbi xərclər üçün real ehtiyacın 175 milyard dollar təşkil edə biləcəyini açıqlayıb.