📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Zelenskinin İrəvana səfərinə Moskvanın münasibəti bizi maraqlandırmır"

2024-02-26 16:04:49

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik elədiyi hakim "Mülki müqavilə" partiyasından olan deputat Qagik Melkonyan Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana mümkün səfəri barəsində açıqlama verib.
"Nyus.am" saytının yazdığına görə, Melkonyan jurnalistlərlə söhbətində deyib: "Əgər Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistana gəlməyi qərara alsa, biz onu qarşılamalıyıq. Bunda nə problem var ki?"
Rusiyanın bu səfərə necə reaksiya verəcəyi sualının cavabında deputat deyib: "Moskva buna reaksiya verəcəkmi, verməyəcəkmi - bu, bizə maraqlı deyil. Bizi yalnız ölkəmizin maraqları narahat edir. Biz yalnız ölkəmizin maraqlarını rəhbər tutmalıyıq".

Hürr Tərcüman