“Zelenskinin legitimliyi bitdi” – Putin
2024-05-24 23:43:08
Rusiya Prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyinin bitdiyini bildirib.
O bunu Minskdə keçirilən mətbuat konfransında deyib.
“Əlbəttə, biz hazırkı dövlət başçısının legitimliyinin sona çatdığını bilirik. Rusiya danışıqlardan imtina etməyib, lakin sülh sazişləri bağlamazdan əvvəl kimlə danışa biləcəyimizi anlamaq lazımdır”, - Prezident bildirib.
Putin həmçinin qeyd edib ki, İsveçrədə keçiriləcək konfransın məqsədi Qərb ictimaiyyəti tərəfindən Zelenskinin legitimliyini təsdiqləməkdir:
“Ancaq bu PR addımlarının hüquqi sənədlər üçün əhəmiyyəti yoxdur. Biz tam əmin olmalıyıq ki, biz qanuni hakimiyyət orqanları ilə iş aparırıq”. \\Yeniavaz.com