Zelenskinin məşhur geyimi Londonda hərraca çıxarıldı
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin qış geyimi Londondakı hərracda satışa çıxarılıb. “Teleqraf” nəşrinin yazdığına görə, Zelenskinin məşhur koftası 90 min funt sterlinqə satılıb. Əldə edilən vəsait Ukraynaya yardım üçün göndərilib.
Hərrac başlamazdan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson pula xəsislik eləməməyə çağıırıb. Onun sözlərinə görə, bu geyim start qiymət olan 50 min funt sterlinqdən daha artığına layiqdir.

Hərrac zamanı Zelenski videokörpü ilə çıxış edərək, Böyük Britaniyaya təşəkkürünü və Kiyevə onunla görüşə gəlmiş “cəsur Boris”ə heyranlığını bildirib.
Hərraca çıxarılan əşyalar arasında Kiyevdə Zelenskinin Consona bağışladığı xoruzşəkilli qab da olub.
Hürr Tərcüman
