📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Zelenskinin müharibənin gedişatını dəyişə biləcək real planı var" - Conson

2022-06-30 21:52:00

Böyük Britaniyanın baş naziri Boris Conson hesab edir ki, Ukrayna Rusiyanın işğal etdiyi əraziləri ilin sonuna qədər azad edə bilər. O, bildirib ki, Ukrayna hakimiyyətinin Rusiya ilə genişmiqyaslı müharibənin gedişatını dəyişə biləcək real planı var və onlar bunu tərəfdaşlarına çatdırıblar.

Boris Conson bu barədə iyunun 30-da Madriddə NATO sammitindən sonra keçirilən brifinqdə jurnalistlərin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ukrayna həqiqətən də 2022-ci ilin sonuna kimi Rusiyanın işğal etdiyi əraziləri azad edə bilər.

"Mən bu sammitlər başlamazdan əvvəl Zelenskinin və Ukrayna hakimiyyətinin nə düşündüyünü bilmək üçünUkraynaya getdim. Və onlar həqiqətən də bu ilin sonuna qədər müharibənin dinamikasını dəyişməyin real planını hazırlayıbıar. Ona görə də indi Ukraynanın davam gətirməsi üçün üçün bacardığımız qədər kömək etmək vacibdir”, - Britaniyanın baş naziri bildirib. \\Redaktor