Zelenskinin müşaviri: “İran zavodlarını vurmaq lazımdır”
2022-12-24 19:23:00
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Ofisinin müşaviri Mixail Podolyak İranın PUA istehsal edilən zavodlarına zərbə endirmək çağırışı edib. Bu barədə o, öz “Tvitter” səhifəsində yazıb.
Podolyak bəyan edib ki, İran Rusiyaya raket və dronlar tədarükünü artırmağı planlaşdırır və beynəlxalq sanksiyalar institutunu nümayişkaranə şəkildə heç hesab edir. Podolyak bu səbəbdən PUA istehsal edən İran müəssisələrinin məhv edilməli olduğunu yazıb: “İşə yaramayan sanksiyalardan, BMT-nin işləməyən qətnamələrindən imtina eləmək, daha dağıdıcı vasitələrə keçmək – zavodları məhv eləmək, tədarükçüləri həbs eləmək lazımdır”.
Ukrayna tərəfi İranı Rusiyanı “Şahed-136” və “Mohajer-6” dronları ilə təmin eləməkdə ittiham edir.
Hürr Tərcüman
.png)