📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskinin nümayəndəsi: Bakının təcrübəsindən faydalana bilərik

2021-12-11 13:00:00

Zelenskinin nümayəndəsi: Bakının təcrübəsindən faydalana bilərik

Azərbaycan Qarabağda beynəlxalq ali sənədlərlə də tanınan öz konstitusion hüququnu bərpa edib.

Hurriyyet.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Ali Radası (parlament) Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin hakim “Xalqın xidmətçisi” partiyasından üzvü, deputat, Prezident Volodimir Zelenskinin Konstitusiya Məhkəməsində xüsusi nümayəndəsi Fedor Venislavskiy bildirib.

O, qeyd edib ki, Azərbaycanın ötən il öz tarixi torpaqlarını azad etməsi hörmətəlayiqdir:

“Bu nümunə bir daha göstərir ki, müvəqqəti işğal olunmuş ərazilər gec-tez öz sahibinə qaytarılacaq. Ukrayna xalqı bu baxımdan Azərbaycan xalqını dəstəkləyir. Azərbaycanın uzun illər boyu öz ordusunu gücləndirməsi münaqişəni minimum itkilərlə həll etməyə imkan verdi. Ukrayna gələcəkdə bu təcrübədən faydalana bilər”, - deyə, o, əlavə edib.