Zelenskinin ofisi: “BMT, MAQATE, Qırmızı Xaç, Beynəlxalq Amnistiya saxta təşkilatlardır”
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermakın müşaviri Mixail Podolyak BMT-ni “pul qazanılması idarəsi” adlandırıb və təşkilatın öz ilkin funksiyalarını yerinə yetirmədiyini söyləyib. Podolyak MAQATE, Qırmızı Xaç və “Beynəlxalq Amnistiya Təşkilatı kimi qurumların da saxta olduğunu deyib: “Biz onların mənasızlıqlarını özlərinin etiraf etməsinə nail ola bilmərik. Əslində BMT tamamilə mövcud olmayan bir təşkilatdır. Deyərdim ki, orada rəhbər vəzifələri tutmuş adamların qocalıqlarının yaxşı təmin edilməsi üçün pul qazanılması üzrə lobbiçi idarə, yaxud da piar idarəsidir”.
Onun sözlərinə görə, bu beynəlxalq təşkilatların mövcud olması faktı bəzən prosesləri mürəkkəbləşdirir və uzadır.
Podolyak deyib: “Elə digər beynəlxalq institutlar – hansısa MAQATE, Beynəlxalq Qırmızı Xaç, Beynəlxalq Amnistiya təşkilatları kimi, BMT-nin də doğurduğu emosiyalar həmişə neqativ olacaqdır. Bütün bu saxta təşkilatlar bizim şüurumuzu tamamilə tullantı olan qiymətləndirmələrlə çirkləndirirlər. Məncə,onlar olmasaydı, bir çox suallar daha yaxşı və tez həll olunardı”.
Hürr Tərcüman