📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskinin ofisi: Ən böyük təhlükə Kiyev ətrafındadır

2022-02-25 14:17:00

Zelenskinin ofisi: Ən böyük təhlükə Kiyev ətrafındadır

Ən böyük təhlükə Kiyev üzərindədir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.

O, Rusiya Ordusunun Kiyevin yaxınlığında yerləşən Qostomel, Vorzel və Buşe istiqamətində irəlilədiyini açıqlayıb.

Arestoviç Kiyev sakinlərini yerli ərazi batalyonlarına yazılmağa səsləyib.

O, Ukrayna Ordusunun Xarkov istiqamətində təmas xəttini stabilləşdirdiyini, Melitopol və Xerson şəhərləri uğrunda döyüşlərin getdiyini xatırladıb.