📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskinin ofisi: “İran Ukrayna ilə İsrailin ortaq düşmənidir”

2023-06-21 13:12:00

Zelenskinin ofisi: “İran Ukrayna ilə İsrailin ortaq düşmənidir”

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Tayms of İsrael” nəşrinə müsahibəsində İsrailin Ukraynaya hərbi yardımla bağlı mövqeyini dəyişməli və Tel-Əvivin Kiyevə İranın “Şahed” kamikadze dronları ilə mübarizə üçün texnologiyalar təqdim eləməli olduğunu söyləyib.

Yermak deyib: “İsraildən başqa heç bir dövlət İran dronlarının hücumları ilə mübarizə üçün avadanlıq verə bilməz”.

O, İsrailin Baş naziri Binyamin Netanyahunun Ukraynaya hərbi yardımla bağlı mövqeyindən məyis olduğunu qeyd edib. Yermakın sözlərinə görə, Rusiya ilə İsrailin düşməni olan İran arasında silah sövdələşmələri İsraili Ukraynaya silah göndərməyə sövq eləməlidir: “Biz Kremldəki diktatorun İran liderləri ilə necə ailə fotoları çəkdirdiyini görürük. Sonra İranın bu silahları bizə və sizə qarşı istifadə edilir. Daha nə lazım olduğunu bilmirəm”.

Yermak qeyd edib ki, hələ də İranın İsrail ilə Ukraynanın ümumi düşməni olduğunu tanımayan israilli məmurların mövqeyini başa düşmür.                                              

Hürr Tərcüman