📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskinin ofisindən Azərbaycanla bağlı açıqlama: "Razıyıq"

2024-08-29 14:56:55

Zelenskinin ofisindən Azərbaycanla bağlı açıqlama:

Hurriyyet.az xəbər verir ki, Ukrayna rəhbərliyi Azərbaycan qazını Avropaya nəql etməyə hazır olduqlarını bildirib.
Bu barədə bəyanatı Ukrayna Prezidenti Ofisinin başçısının müşaviri Mixail Podolyak verib. Podolyak bildirib ki, Ukrayna Azərbaycan, Qazaxıstan və istənilən digər dövlətdən ixrac edilən qazı öz ərazisindən nəql etməyə hazırdır. Bircə Rusiya qazından başqa - "Qazprom" şirkəti ilə müqavilənin müddəti başa çatandan sonra Rusiyadan qaz nəqli dayandırılacaq.
Podolyak "Novosti Live" "YouTube" kanalının efirində deyib: "Hansısa Avropa ölkəsi Qazaxıstan, Azərbaycan və ya başqa ölkədən qaz almağı lazım bilərsə, biz onu nəql etməyə hazırıq".
Hürr Tərcüman