📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskinin partiyasının onlarla üzvü zəhərlənib

2026-02-12 19:17:42

Zelenskinin partiyasının onlarla üzvü zəhərlənib

Ukraynanın hakim “Xalqın qulluqçusu” partiyasının onlarla üzvünün zəhərləndiyi bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Strana.ua” partiyanın parlament üzvünə istinadən məlumat yayıb.

Millət vəkilinin sözlərinə görə, “Xalqın qulluqçusu” üzvlərinin hərarəti 40°C-yə yaxınlaşır. Bəziləri ishal və qusmadan da əziyyət çəkirlər.

O həmçini bildirib ki, digər partiyalarda vəziyyətin necə olduğundan xəbərsizdir.