Zelenskinin planları açıqlandı
2024-02-15 16:54:27
Hurriyyet.az "Ukrainskaya Pravda" nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski 16-17 fevral tarixlərində Almaniya ilə Fransaya səfər edəcək və Münhen konfransında çıxış edəcək.
Bu barədə Ukrayna Prezidentinin Ofisi açıqlama verib. Məlumatda deyilir: "Fevralın 16-da Ukrayna Prezidenti Vladimir Zelenskinin Almaniya ilə Fransaya səfəri başlanır. Səfər zamanı o, Almaniyanın federal kansleri Olaf Şoltz və Fransa Rezpublikasının Prezindeti Emmenuel Makronla danışıqlar aparacaq".
Fevralın 17-də Zelenski Münhen Təhlükəsizlik Konfransının baş səhnəsində çıxış edəcək, ardından tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.
Hürr Tərcüman